Xəbərlər
Layihələr
Haqqımızda
Canlı
Əlaqə
Media qrup
Zaqatalada 5 maşın təmiri sexindən ibarət tikilidə yanğın baş verib...
09 Dekabr 2021 15:47
Bu gün
səhər
saat 6:00 radələrində Zaqatala şəhəri ərazisində, Talaçayın sol sahilində Qurban Qurbanova məxsus ümumi sahəsi 90 kv/ m olan 5 maşın təmiri sexindən ibarət tikilidə yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində tikilidə olan ümumi sahəsi 60 kv/ m olan 3 maşın təmiri sexinin yanar konstruksiyaları yanıb.
İki maşın təmiri sexi, təmiri qoyulmuş 3 minik avtomobili və ətrafda olan digər tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb...
Zaqatalada fərdi yaşayış evində yağın olub...
Ruhi xəstə yanğın törətdi…