Balakəndə koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb...

08 Dekabr 2021 17:44

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları aktiv koronavirus xəstəsini ictimai yerdə aşkar edib. Rayonun Qazma kənd sakini Nigar Qandayeva COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. Kənd ərazisində hərəkətdə olarkən aşkarlanan həmin qadın tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb. Digərlərinin də sağlamlığına təhlükə yaradan Nigar Qandayeva barəsində cinayət işi başlanılıb.