Şəkidə piyadaların maarifləndiriliməsi davam edir...

08 Dekabr 2021 17:02

Şəki Dövlət Yol Polisi piyadaların intizamının artırılması və onların iştirakı ilə baş verən nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti tədbir Şəki Gənclərin inkişafı və Karyera Mərkəzinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş tutub. Çıxış edən polis inspektoru Tural Niftalıyev bildirib ki, yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu əhəmiyyətlidir. O, tələbələrə yol hərəkəti qaydaları, piyadaların vəzifələri, yol ötürücüləri, piyada keçidləri barədə ətraflı məlumat verib. Onlara küçə və yollarda hərəkətdə olarkən mobil telefonlardan, qulaqcıqlardan istifadə etməmələri tövsiyyə olunub. Bundan başqa, polis inspektoru yeniyetmələrin və gənclərin iştirakı ilə baş verən nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə aparılan profilaktik tədbirlərdən danışıb. Bildirib ki, ölkə üzrə 11 belə yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 4 nəfər ölüb 18 nəfər xəsarət alıb.  Sonra tələbələr onları maraqlandıran sualları DYP əməkdaşına ünvanlayıblar. Müzakirələrdə aktiv iştirak edən tələbəyə yol hərəkəti qaydaları haqqında vəsait hədiyyə edilib.