Karantin qaydalarını pozan kafe aşkarlandı...

08 Dekabr 2021 16:48

Qəbələdə karantin qaydalarını pozan kafe aşkarlanıb. Azərbaycan Respublikası Qida Təhlukəsizliyi Agentliyinin keçirdiyi manitorinq zamanı Qəbələ rayon sakini Arzu Nəbiyevə məxsus "Bakı" kafesinin pandemiya qaydalarını kobud şəkildə pozduğu məlum olub. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq inzibati tədbirlər həyata keçirilib. Agentlik tərəfindən mütəmadi şəkildə keçirilən bu cür manitorinqlərin davam etdiriləcəyi bildirilib. Qayda pozuntusu aşkar edən vətəndaşların da qurumun 1003 qaynar xəttinə müraciət etmələri xahiş olunub. Həmçinin bildirilib ki, qarşıdan gələn bayramlarla bağlı hər hansı ictimai iaşə obyektində tədbir  planlaşdırılırsa, bunun üçün öncədən icazə alınması vacibdir.