“Şəhərdən Kəndə” Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib...

07 Dekabr 2021 18:01
Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən daha bir aqroturizm təsərrüfatına dəstək göstərilib.
Növbəti dəstək göstərilən təsərrüfat Şamaxı rayonunun Qaladərəsi kəndində yerləşən, fermer Ceyhun Nuriyevə məxsus arıçılıq təsərrüfatı olub. Layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq məqsədi ilə Şamaxı Rayon İcra Hakimiyyətinin və “Aqrar Tədarük və Təchizat” ASC-nin rəsmiləri təsərrüfatı ziyarət ediblər. Arıçılıq məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat sahibi son illər turistləri qonaq etməklə əlavə gəlir mənbəyi yaradıb. O, “Şəhərdən Kəndə” layihəsi çərçivəsində aqroturizm modulu üzrə keçirilən xüsusi təlim proqramında iştirak edib və proqramı uğurla tamamlayıb. “Şəhərdən Kəndə” layihəsinin dəstəyi ilə təsərrüfatda yenidənqurma işləri aparılıb.