Balakəndə karantin qaydalarını pozanlar cərimələnib…

03 Dekabr 2021 11:25

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkarlanması istiqamətində növbəti nəzarət-profilaktik tədbirlər həyata keçiriblər. İctimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb. Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan, eləcə də COVID-19 pasportu olmadan sərnişindaşıma ilə məşğul olan sürücülər inzibati məsuliyyətə cəlb ediliblər. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı isə qapalı restoran və kafelərdə müştərilərin COVID-19 pasportu, obyekt sahiblərinin karantin rejiminin qayda və tələblərinə riayət edib-etməməsi yoxlanılıb. Bir neçə obyektdə xidmət personalının tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb. Mağazalarda və digər qapalı obyektlərdə də tibbi maskadan istifadə tələbini pozan şəxslərə gəlinib, onlarla profilaktik söhbət aparılıb və ümumilikdə 23 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.