Balakən polisi meşəyə qənim kəsilən şəxsi saxladı...

02 Dekabr 2021 15:51

Balakəndə meşəyə qənim kəsilən şəxs saxlanılıb. Rayonun İtitala kəndi ərazisində vələs ağaclarının naməlum şəxs və yaxud şəxslər tərəfindən qanunsuz olaraq kəsilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təbiətə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Aftandil Ramazanov qısa müddət ərzində müəyyən edilərək saxlanılıb. Kəsdiyi ağacların bir hissəsi isə doğranmış vəziyyətdə onun istifadəsində olan avtomobilin yük yerində aşkarlanıb. Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.