Qaxda Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib…

02 Dekabr 2021 15:39

Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 saylı məktəb-liseyində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə polis əməkdaşları, məktəbin yuxarı sinif şagirdləri və müəllimlər iştirak edib. Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi ölkədə narkomaniyaya qarşı mübarizənin güclənməsindən, dövlət orqanlarının bu sahədəki qətiyyətli fəaliyyətindən və təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.Polis əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlər barədə məktəblilərə məlumat verib. Daha sonra çıxış edənlər narkotik vasitələrin yaratdığı problemlərdən söhbət açıb, gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar təsirlərdən uzaq olmağa çağırıblar. Sonda videoçarx nümayiş olunub və polis əməkdaşları məktəblilərə narkomaniyanın fəsadlarından bəhs edən bukletlər paylayıb.