Zaqatalada qanunsuz küçə ticarəti ilə məşğul olan 20-yə yaxın satıcı cərimələnib...

02 Dekabr 2021 15:21

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində profilaktik tədbirlər keçirilib. Tədbirlər zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, şəhərin estetik gözəlliyinə xələl gətirən və küçələrdə natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və xüsusilə də pandemiyanın yayıldığı bir zamanda qida məhsullarının antisanitar şəraitdə satılmasının düzgün olmadığını izah ediblər. Ancaq müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyi onların diqqətinə çatdırılıb. Ümumilikdə reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan 20-yə yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə protokol tərtib olunub.