Şamaxıda restoran sahibi barəsində cinayət işi açıldı...

01 Dekabr 2021 15:29

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində rayon ərazisində yerləşən restoranda pandemiya tələblərinin pozulduğu müəyyən edilib. Yoxlamalar zamanı restorana baxış keçirilən zaman təşkil edilən toy mərasimi barədə məlumatların portalda qeydiyyatdan keçirilmədiyi, masalararası məsafənin gözlənilmədiyi, eləcə də xidmət personalının tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Karantin rejimi tələblərinin pozulması ilə əlaqədar obyekt sahibi Həsən Allahverdiyev barəsində Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Qeyd edək ki, həmin obyektdə bir müddət öncə də qayda və tələblərə laqeyd yanaşıldığından restoranı işlədən şəxs 4000 manat məbləğində cərimə edilmişdi.