Şəhid İbrahim Məmmədovun xatirəsi ildönümündə anılıb...

27 Oktyabr 2021 13:57

Vətən müharibəsində qəhramancasına şəhid olmuş xüsusi təyinatlı İbrahim Məmmədovun ölümündən bir il ötür. Şəhidin ailəsi və yaxınları İbrahim Məmmədovun qəbrini ziyarət ediblər. Ruhuna dualar oxuyublar. Həmçinin məktəblilər hazırladığı şeirlərlə çıxış ediblər. Şəhidin qəbri üstünə gül dəstələri düzüblər. Xatırladaq ki, Xüsusi təyinatlı qüvvələrin giziri İbrahim Məmmədov Vətən müharibəsində qəhrəmancasına vuruşub, çətin xüsusi əməliyyatları uğurla yerinə yetirib. O, oktyabrın 9-da Hadrutda Azərbaycan bayrağını qaldıran hərbçilərdən biri olub. Bununla bərabər İbrahim Məmmədova oktyabrın 17-də Füzulidə Azərbaycan bayrağını yüksəltmək, eləcə də Ali Baş Komandana bu şəhərin azad olunmasını məruzə etmək həvalə edilmişdi. Şəhidimizin son döyüşü isə oktyabrın 25-də Laçın istiqamətində olub. Xüsusi əməliyyatı icra edərkən qəhrəman gizir boynundan yaralanaraq şəhadətə yüksəlib.