“İter Vitis Qafqaz” şərab marşrutunun təqdimatı keçirilib...

25 2021 17:21

    Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şamaxının Meysəri kəndinə təşkil olunan mediatur çərçivəsində “İter Vitis Qafqaz” şərab marşrutunun təqdimatı keçirilib. “Azərbaycanda şərab turizmi və şərab marşrutları” mövzusunda keçirilən təqdimatda “İter Vitis Qafqaz” layihəsi və onun məqsədləri barədə məlumat verilib. Bildirilib ki, Qafqaz ölkələrini birləşdirən ilk yenilikçi transmilli marşrut bu ölkələrdəki şərab bölgələrini, şərab zavodlarını, ev şərablarını və şərabla əlaqədar arxeoloji qazıntıları tanıtmaq üçün birləşdiriləcək. Həmçinin Azərbaycanın şərabçılıq sənayesi, eləcə də ölkəmizdə istehsal olunan şərabların ixrac olunduğu ölkələr haqda məlumatlar verilib. İştirakçılara şərabçılıq üzrə rus və ingilis dillərində fəaliyyət göstərən ilk onlayn portal “Azerbaijanwine.az” haqqında da məlumat verilib, portalda Azərbaycanın şərab ənənələri, ən yaxşı şərab təcrübələri və digər mühüm informasiyaların yerləşdirildiyi bildirilib. Təqdimat zamanı KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırıb. Daha sonra KİV nümayəndələri üzüm və şərab istehsalının mərhələləri ilə yaxından tanış olublar.