Dağlara qar yağdı...

25 2021 17:04

    Ötən gündən etibarən ölkənin  şimal-qərb bölgəsində havanın qeyri-sabit keçməsi nəticəsində dağlıq ərazilərə qar düşüb. Böyük Qafqaz dağlarının Şəki, Qax və Zaqatala rayonu ərazisindən keçən hissəsindəki yüksəkliklərə ilk qar yağıb. Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 26-sı gündüzədək davam edəcək. 26-sı gündüz yağıntıların tədricən kəsiləcəyi, 27-si əsasən yağmursuz keçəcəyi gözlənilir.