İsmayıllıda dəhşətli qəzada 1 nəfər həyatını itirdi...

25 2021 16:07

İsmayıllı rayonunun İvanovka kəndində “Opel” markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 31 yaşlı İbrahimov Ramil Mütəllim oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyidi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.