Şəhid ailələri və müharibə iştirakçılarına medallar təqdim olunub...

15 2021 18:04

Bu gün Balakən rayon Mədəniyyət Mərkəzində Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən müxtəlif medallarla təltif olunmuş şəhid və müharibə iştirakçılarının bir qrupuna medalların təqdimetmə mərasimi keçirilib. Mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri iştirak edib. Tədbirdə Müzəffər Ordumuzun böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratması və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən qürurla danışılıb. Həmçinin Balakən şəhidləri haqda çəkilmiş sənədli filmin təqdimatı olub. Daha sonra müxtəlif medallarla təltif olunmuş Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə iştirakçılarına medallar təqdim olunub.