Qaxda qaydaları pozan 15 sürücü cərimələndi...

15 2021 15:22

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirir. Növbəti tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər aşkarlanıb. Onların hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilib və ümumilikdə 15 sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb.