Bu ildən şagirdlərin elektron profilləri hazırlanacaq...

15 2021 14:38

Şəkidə şimal-qərb bölgəsinin təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda 2019-2020-ci tədris ilinin yekunlarına nəzər salınıb, bölgə təhsil idarələrinin fəaliyyəti müzakirə edilib. Çıxış edənlər yeni tədris ilində qarşıda duran vəzifələr, hazırlıqlarla bağlı məruzələr ediblər. Bildirilib ki, bəzi məktəblərdə neqativ halların olmasına baxmayaraq ümumilikdə bölgədə tədrisin keyfiyyətində yüksəlmə müşahidə olunur. Konfrans məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və s. kimi məsələlərin müzakirələrilə davam etdirilib. Konfransda yeni tədris ilində tətbiq olunacaq yeniliklərlə bağlı da məlumat verilib.