Şamaxıda "Üçüncü bahar" festivalı keçirilib...

14 2021 19:27

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində Şamaxıda yaşlılar festivalı keçirilib. Festivalda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, Şamaxı Ağsaqqallar Şurasının sədri, “Regional İnkişaf” İctimai Birliyi və “Üçüncü Bahar” İctimai Birliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbir zamanı Şamaxı şəhərində fəaliyyət göstərən “YAŞA” mərkəzinin üzvlərinin əl işləri- qurama, rəsm, toxuma, dekorativ güllər, oyuncaqlar, vitraj, taxta üzərində oyma və s. işlər nümayiş etdirilib. İştirakçılar masaüstü oyunlar, ustad dərslərində maraqla iştirak ediblər. Tədbirin bədii hissəsində “Bahar ahəngi” yaşlılardan ibarət xor kollektivinin ifası, poeziya səhnəciyi, yaşlı nəsil nümayəndələrinin musiqi ifaları dinlənilib. Tədbir “Bir yaşlının hekayəsi” monoloqu ilə yekunlaşıb.