Şagirdlər “Təhsil Avtobusu – Qayıdış” layihəsində...

14 2021 19:07

Oğuzda “Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində “Təhsil Avtobusu – Qayıdış” layihəsi keçirilib. Layihənin açılış mərasimində Təhsil Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, bank rəsmiləri, təlimçilər, “BİR könüllülər”, “SABAH” tələbələri iştirak ediblər. Layihənin Oğuz rayonunda keçirilən günündə incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, motivasiya istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı baş tutub. Sumqayıt şəhərindən başlayan, ümumilikdə 200-dən çox şagirdin iştirak etdiyi “Təhsil Avtobusu” layihəsi Oğuz rayonunda uğurla yekunlaşıb. Layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağın artmasına şərait yaratmaqdır. Layihə çərçivəsində işğaldan azad edilən bölgələrin şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə səfər olunub.