Diplomu məzarı üstünə gətirilən şəhid...

13 2021 19:13

Qarayev Anar Çingiz oğlu... 1998-ci il iyun ayının 16-sı Qax rayonunun Almalı kəndində dünyaya göz açan Anar doğulduğu kənddə böyüyüb, həmin kəndin orta məktəbində təhsil alıb. Orta məktəbi əla qiymətlərlə başa vuran Anar 2016-cı ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə qəbul olub. Universiteti bitirdikdən sonra iyul ayının 10-da hərbi xidmətə yollanıb. İkinci Qarabağ müharibəsi başlayan gündən isə döyüşlərə qatılaraq vətən uğrunda mübarizəyə qoşulub. Oktyabr ayının 9-da Suqovuşan ətrafında gedən döyüşlərdə ağır qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.

Anar ailədə olduğu kimi, kənddə də sevilən gənclərdən olub. Anar Qarayev Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.