Qəbələdə şəhidin xatirəsinə inşa edilmiş bulaq kompleksi açılıb...

10 2021 19:07

Qəbələ şəhərində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış hərbi həkim Aqşin Ənvərlinin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi olub. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, şəhidin ailə üzvlərinin və döyüş yoldaşlarının iştirak etdiyi tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində  Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, şəhidin döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan, onunla bağlı xatirələrindən söz açıblar.