Yapon investorlar Şəkidə tütünqurutma məntəqəsinə baxış keçiriblər...

09 2021 18:43

Yapon investorlar Şəkidə səfərdə olublar. Onlar səfər çərçivəsində Yaponiyanın investisiyası ilə inşa edilən tütünqurutma məntəqəsi ilə tanış olublar. İnvestorlara məntəqədə yaradılmış şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, hazırda məntəqədə müasir 20 tütünqurutma kamerası var. Hər bir kamera 5 tondan çox yaş tütün qəbul edə bilir. Yaş tütün 7 gün ərzində qurudulur. Məntəqədə anbar da var. Yapon investorlar iş prosesi ilə yaxından tanış olub və özləri də bu prosesə qatılıblar. Bildirilib ki, məntəqənin sahəsi ehtiyac duyularsa, daha da böyüdüləcək. Öz növbəsində yaponiyalı investorlar görülən işdən məmnun qaldıqlarını və bundan sonra da tütün sahəsinə investisiyalar edəcəklərini vurğulayıblar.