Qəbələdə evdən oğurluq edən şəxs saxlanılıb...

09 2021 18:19

Qəbələ Rayon Polis Şöbəsinə müraciət edən Vəndam qəsəbə sakini Babacan Nəzirov ona məxsus evdən televizor, 412 manat pul və bank kartının oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərdən biri, əvvəllər məhkum olunmuş Ucar rayon sakini Abduləhəd Behbudov şübhəli şəxs qismində saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən edilib. Saxlanılan Abduləhəd Behbudov ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, əldə etdikləri pulu öz aralarında bölüşdürdüklərini və əyləncələrinə xərclədiklərini bildirib. Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.