Şagirdlərə məktəb ləvazimatları paylanılıb...

08 2021 19:40

Şəki şəhərində “Uşaqların məktəbə hazırlığına dəstək ol” adlı aksiya keçirilib. Azərbaycan Rus İcmasının, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəkidə 2021-2022-ci tədris ilində rus dili bölməsində birinci sinfə gedəcək şagirdlərlə görüş keçirilib. Görüşdə çıxış edənlər Azərbaycan və Rusiya arasındakı səmimi münasibəti qeyd ediblər. Şagirdləri təbrik edib, onlara uğurlar arzulayaraq, gələcəkdə ölkəyə layiqli vətəndaş kimi yetişəcəklərinə əminliklərini bildiriblər. Millət vəkili, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin şagirdlərə arzularını səsləndirib və məktəblilərə göstərilən diqqət, qayğının davam etdiriləcəyini bildirib. Sonra şagirdlərə məktəb ləvazimatları paylanılıb. Tədbir balacaların hazırladığı konsert proqramı ilə yekunlaşıb.