Fındıqçılıqda istifadə olunan kənd təsərrüfatı texnika və avadanlıqlarının sərgi-satış yarmarkası...

08 2021 18:58

Yarmarkada fındıqçılığın inkişafı üçün lazım olan texnikalar - traktorlar, gübrəsəpənlər, frezlər, dərmansəpənlər, innovativ budaq doğrayan aqreqatlar, qoşqu vasitələri və digər avadanlıqlar nümayiş olunub. Fındıqçılığın inkişafı üçün yerli, xarici və qarışıq fındıq sortları nümayiş etdirilib, fındıqçılıqda istifadə olunan mineral gübrə və dərmanlar sərgilənib. Yarmarkanın keçirilməsində əsas məqsəd fındıq bağlarında meyvələrin kütləvi yığımının vaxtında və itkisiz aparılması üçün istehsalçılara lazım olan yeni innovativ texnikalarla tanışlıq, ticarət şəbəkəsinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, məhsuldarlığın artırılmasıdır. Sərgi-yarmarkada iştirak edən fermerlərə fındıqçılığa dair yeni məlumatlar verilib və bu sahənin inkişafında istifadə olunan metodlar barəsində maarifləndirici söhbətlər aparılıb.