Şəkidə piyadanı vurub hadisə yerindən yayınan sürücü saxlanılıb...

08 2021 17:27

Sentyabrın 7-si axşam saatlarında Şəki şəhərinin Salman Mümtaz küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən piyada Vüqar Süleymanov vurulub və o, aldığı xəsarətlərdən ölüb. Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, əvvəllər də məhkum olunmuş Xəyyam Yusubov müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.