“INNOLAND AREA” Mərkəzinin açılış tədbiri...

08 2021 12:39

Şəki “ASAN Həyat” kompleksində “INNOLAND AREA” Mərkəzinin açılış tədbiri keçirilib. Tədbirdə mərkəzin əməkdaşları, məktəblilər və valideynlər iştirak ediblər. Mərkəz regionlarda startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək və regional potensialı artırmaq istiqamətində əlverişli şəraiti gücləndirəcək. O cümlədən regionlarda yaşayan 4-19 yaş arası uşaq və gənclərin inkişafı üçün mühəndislik və robototexnika sahəsində dərnəklər və təlimlər təşkil etməklə onları sahibkarlıq, biznes, innovasiya, startap, layihə idarəetməsi və s. kimi fərqli sahələrdə maarifləndirmək əsas hədəflərdəndir. Tədbir çərçivəsində “İnnovasiyalar Mərkəzi” və AREA - Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə də imzalanıb.