“Mentorun 48 saatı” adlı “Bootcamp” keçirilib...

08 2021 11:30

Şamaxıda “Mentorun 48 saatı” adlı “Bootcamp” tədbirinə start verilib. Tədbir “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti komponenti olan “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə reallaşdırılıb. Öncə təhsil sahəsinə aid startapların nümayiş olunduğu sərgi təşkil olunub. Ardınca tədbirin açılışı baş tutub. “İnnovasiyalar və təhsil: yeni inkişaf yolu” mövzusunda panel müzakirələr gerçəkləşib. Panel müzakirələr Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun moderatorluğu ilə aparılıb.Tədbirin birinci günündə “Hər şey gələcək üçün!”, “Startapı necə qurmaq olar?”, “Liderlik bacarıqları” mövzusunda təlimlər təşkil olunub.