Qax polisi nəzarət tədbirlərini gücləndirib...

06 2021 14:41

Qax polisi hotellərdə monitorinq aparıb. Qonaqların COVID-19 pasportlarının olub-olmaması yoxlanılıb, həmçinin hotellərin inzibatçıları ilə izahedici söhbətlər aparılıb. Sentyabrın 1-dən etibarən tətbiq edilən yeni qaydaya əsasən gələn qonaqlardan “COVID-19” pasportu tələb etmələrinin vacibliyi vurğulanıb, belə hallar aşkarlanarsa, onların barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib. Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları isə dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirlərini davam etdirir. Növbəti reyd zamanı səkilərdə və piyada keçidlərində, avtobus dayanacaqlarında, eləcə də müəyyən edilməyən digər yerlərdə avtomobillərini park edən sürücülər aşkarlanıb. Qaydaları pozan həmin sürücülər barəsində protokollar tərtib olunub və inzibati məsuliyyətə cəlb ediliblər.