Şəhid Elnur İsmayılovun xatirəsi əbədiləşdirildi...

03 2021 19:44

Bu gün Şəkidə şəhid Elnur İsmayılovun xatirəsini əbədiləşdirmək üçün bulaq kompleksi açılıb. Açılışda şəhidin ailə üzvləri və yaxınları, millət vəkili Vüqar İskəndərov, Şəki Şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və şəhər ictimaiyyəti iştirak edib. Çıxış edənlər Elnur İsmayılovun şərəfli ömür yolundan bəhs edib, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan qürurla danışıblar. Vurğulanıb ki, Füzuli, Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Elnur oktyabrın 22-də şəhidlik zirvəsinə yüksəlib. Mərasimdə çıxış edən məktəblilər Elnur İsmayılova həsr edilmiş şeirlər ifa ediblər. Daha sonra bulağın açılışı baş tutub. Tədbir iştirakçıları bulağın önünə gül dəstələri düzüblər.