Şəhid İbrahim Məmmədovun xatirəsi əbədiləşdirildi...

03 2021 19:27

Şəki şəhərində Xüsusi Təyinatlı Qüvvələrin şəhidi İbrahim Məmmədovun xatirəsinə inşa edilən bulağın açılışı olub. Mərasimdə şəhidin ailə üzvləri, müharibə əlilləri, veteranlar, millət vəkili və icra hakimiyyətinin rəsmiləri iştirak ediblər. Çıxışlarda 44 günlük müharibə kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı qələbədən, şəhidimizin gənclərə nümunə olan şərəfli ömür yolundan danışılıb. Ardınca bulağın açılışı olub. Mərasim iştirakçıları xatirə bulağına gül dəstələri qoyub, məktəblilər vətənpərvər ruhda şeirlər ifa ediblər.