Toxum sərgi-satış yarmarkası bu dəfə Şəkidə keçirildi...

03 2021 19:13

Şəkidə keçirilən bu il üçün sayca ikinci olan toxum sərgi-satış yarmarkasında 20-dən artıq toxum istehsalçısı və 100-ə yaxın fermer iştirak edib. Yarmarkada əksəriyyəti yerli istehsal olan 30-dan artıq toxum sortu nümayiş etdirilib. Yarmarka ilə tanışlıqdan sonra məhsullar və toxumla bağlı ətraflı müzakirələr aparılıb. Fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat verilib və informasiya materialları təqdim olunub. Fermerlər toxumların sertifikasiyasındakı yeniliklərlə bağlı da maarifləndirilib. Növbəti yarmarka isə sentyabrın 6-da Ağcabədidə keçiriləcək.