Avtobus və marketlərdə “COVID” pasportu tələb edilir?

01 2021 20:06

Şəki şəhərində fəaliyyət göstərən sərnişin avtobuslarında vətəndaşlardan “COVID-19” pasportu tələb edilir. Bununla bağlı dayanacaqlarda və avtobuslarda xəbərdarlıq da vurulub. Marketlərə də peyvənd olunmayan şəxslər buraxılmır. Operativ Qərargahın təsdiqlədiyi qaydalarda bu qadağa öz əksini tapmadığından sakinlərin narazılığına səbəb olub. Daxili İşlər Nazirliyindən isə ictimai nəqliyyatda, eləcə də marketlərdə “COVID-19” pasportu ilə bağlı hansısa tələb olmadığı, yalnız tibbi maska tələb edildiyi bildirildi. Qadağanın tətbiq edilməsinə gəlincə, görünür, rayonda son zamanlar “COVID-19”a yoluxanların sayının artması və bunun fonunda vaksinasiya olunanların azlığı aidiyyəti qurumları belə addım atmağa vadar edib. Təkcə son gün Şəkidə 77 nəfərdə virus aşkar edilib, 2 ölüm halı qeydə alınıb. Nəticə etibarilə kütləvi immunitetin yaranması və bu cür çaşqınlıqların aradan qaldırılması üçün vaksinasiyanın əhəmiyyəti böyükdür.