Şəkidə şəhidin xatirəsinə inşa edilən bulağın açılışı olub...

01 2021 17:23

Şəkinin Çeşməli kəndində şəhid Sakit İsmayılovun xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin əməkdaşları, müharibə əlilləri, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda 44 günlük müharibə kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı qələbədən, şəhidimizin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Mərasim iştirakçıları abidə önünə gül dəstələri qoyub, şəhidin ruhuna dualar oxuyublar.