Üzümçü fermerlər bağlardan əziyyətlərinin bəhrəsini toplayırlar...

31 2021 16:44

Üzümçülük sahəsi ilə məşhur olan Şamaxı rayonunda məhsul yığımı sürətlə davam edir. İlkin mərhələdə daha tez yetişən “Prima” və “Kardinal” süfrə sortlu üzüm, ardınca texniki sortların yığımına başlanılıb. Bu il hava şəraiti üzüm istehsalı üçün əlverişli olmasa da, aparılan aqrotexniki qulluğun nəticəsi olaraq məhsuldarlıq yaxşıdır. Bağlardan toplanan məhsullar yerindəcə çeşidlənib qablaşdırıldıqdan sonra yerli və xarici bazarlara çıxarılır. Üzümçülər əvvəlki şöhrətlərini geri qaytarmaq əzmindədirlər. Üzümləri dərən zaman yarpaqları, cavan budaqları, həm də meyvələri qorumaq lazımdır ki, bağa zərər dəyməsin. Təcrübəli üzümçülər bu işin öhdəsindən daha yaxşı gəlirlər. Şamaxıda üzüm bağlarının sahəsi 1933 hektara çatdırılıb. Onun da 1731 hektarı məhsul verir. Barverən üzüm bağlarının 167 hektarı süfrə, 1564 hektarı isə texniki sortlardan ibarətdir.