Karantin qaydalarını pozan şadlıq sarayının icarədarı barəsində cinayət işi başlanılıb...

31 2021 13:59

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Talalar kəndində yerləşən “Karvan” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejiminin pozulması halları aşkarlanıb. Yoxlamalar zamanı şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatların portalda qeydiyyatdan keçirilmədiyi məlum olub. İnfeksiyanın kütləvi yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq edilən karantin rejiminin tələblərinə biganə yanaşan obyektin icarədarı Sabir Mamedov barəsində cinayət işi başlanılıb, istintaq aparılır. Qeyd edək ki, əvvəllər də həmin şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonaq iştirak etdiyi üçün Sabir Mamedov barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülmüşdü.