Kəmaləddin Heydərov yanğın baş verən ərazidə...

30 2021 19:16

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndi və Abrıx kəndi yaxınlığında yanğın baş vermiş mürəkkəb relyefli dağlıq ərazilərə gedib. Nazir yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olub. Bu il ötən illərdən fərqli olaraq yanğınların sayının artdığını deyən nazir maarifləndirmə işlərinin artırılmasına və ictimai qınağın vacibliyinə diqqət çəkib. Hazırda Qəbələdə baş verən yanğınlar iki istiqamətdə lokallaşdırılıb. Digər ərazilərdə isə söndürülmə işləri davam etdirilir.