Füzulidən Şuşayadək döyüş yolu keçən qəhrəmanın cənnətdəki ilk doğum günü...

30 2021 17:25

20 yaşında olmasına baxmayaraq, cəsarətlə, mərdcəsinə döyüşə atılan, Füzulidən Şuşayadək döyüş yolu keçən Pənah Məmmədov... O, Şuşanın  azad olunması uğrunda gedən döyüşlərdə noyabrın 8-də, qələbəyə bir neçə saat qalmış şəhidlik zirvəsinə yüksəlib.

Şəhidimizin ailəsi Pənahın doğum gününü keçirib. Şəhidin məzarı önünə toplaşan kənd sakinləri, icra hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, döyüşçü yoldaşları ruhuna dualar oxuyub, gül dəstələri düzüblər. Pənah Məmmədovun qısa, lakin şərəfli həyat yolundan, onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Məktəblilər vətənpərvər ruhda şeirlər ifa edib. Daha sonra şəhidin xatirəsini əbədiləşdirmək üçün adına tikilən bulaq kompleksinin açılışı olub. Pənah Məmmədov ölümündən sonra döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.