Karantin qaydalarını pozan restoranın icarədarı və toy sahibi cərimələniblər...

30 2021 13:16

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı Əliabad qəsəbəsi ərazisində yerləşən “Gölüstü” restoranında mövcud qayda və tələblərin pozulduğu aşkarlanıb. Obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restoranın icarədarı Fərman Qaraxanov və toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.