Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb...

30 2021 13:03

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Rayon sakini Rəvan Qurbanovun “COVID-19” testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydaları izah olunub. Buna baxmayaraq, həmin şəxs qanunsuz olaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanan R.Qurbanov evinə geri qaytarılıb. Onun barəsində Qəbələ RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.