Qəbələdə yanğın Milli Parkın ərazisinə keçə bilər...

28 2021 18:05

Artıq bir neçə gündür davam edən yanğın Oğuz rayonu ilə həmsərhəd olan mürəkkəb relyefli dağlıq ərazidə baş verib. Yanğının Şahdağ Milli Parkının ərazisinə keçməsinin qarşısını almaq üçün də tədbirlər görülür. Torpaq qabardılaraq maneələr yaradılır. Yanğının başvermə səbəbləri ilə bağlı da araşdırmalar aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha havaların isti keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.