Dağın ətəyində narkotik plantasiyası salan keçmiş məhkum saxlanılıb...

27 2021 18:25

Balakənin Qazbinə kəndi ərazisində yerləşən dağların ətəyində çətənə kollarının əkilib-becərilməsi barədə polisə məlumat daxil olub. Ərazi dərhal əməliyyat nəzarətinə götürülüb və keçirilmiş tədbirlər nəticəsində orada narkotik becərən şəxsin Şəki şəhər sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Kamal Hüseynov olduğu müəyyən edilib. O, çətənə kollarına qulluq edərkən Balakən rayon polis əməkdaşları tərəfindən iş başında yaxalanıb və şübhəli şəxs qismində saxlanılıb. Əraziyə baxış zamanı oradan aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 213 kiloqramdan artıq olan 1103 ədəd narkotik tərkibli bitki aşkar edilərək maddi sübut kimi götürülüb. Kamal Hüseynov ifadəsində çətənə kollarını 3 ay bundan öncə Şəki şəhərindən gələrək burada becərdiyini və vaxtaşırı qulluq göstərdiyini, məqsədinin isə həm öz istifadəsi, həm də satmaq olduğunu bildirib. Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.