Koronavirusa qarşı mübarizə məqsədilə reydlər davam edir...

27 2021 18:12

Zaqatala rayonunda pandemiyaya qarşı mübarizəni gücləndirmək məqsədilə növbəti reydlər keçirilib. Son günlər ölkə ərazisində “COVID-19” infeksiyasına yoluxma sayının kəskin artması ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyəti və rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edilməsinin, gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının, “COVID-19” infeksiyasına qarşı peyvənd olunmanın vacibliyi bir daha ətraflı izah olunub. Sakinlərin diqqətinə çatdırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə düzgün riayət etmək hər kəsin vətəndaşlıq borcudur və bu qaydalara əməl etməyən şəxslər, qurumlar barəsində intizam tədbirləri həyata keçiriləcək.