Yol qəzasında bir nəfər xəsarət aldı...

27 2021 17:58

Şəkidə yol qəzası olub. Hadisə bu gün səhər saatlarında Şəki-Oğuz avtomobil yolunun Şəki şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şəki şəhər sakini Pərviz İsmayılovun idarə etdiyi "Ford" markalı avtomobillə Şamaxı rayon sakini Ramazan Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Qəza nəticəsində 23 yaşlı R.Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.