Yaşadıqları ünvanı tərk edən iki koronavirus xəstəsi saxlanıb...

27 2021 12:33

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilib. Rayonun Hənifə kənd sakini Samrin Əlimərdanovun “COVID-19” testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib. Lakin həmin şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və avtomobilini təmir məntəqəsinə aparıb. İnfeksiya daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan daha bir rayon sakini Sevda Mamedova da ictimai yerdə müəyyən edilib. Hər iki şəxslə izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadıqları ünvanlara geri qaytarılıblar. Onların barələrində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.