Şəhid Saleh Məmmədovun xatirə bulağının açılışı olub...

26 2021 19:00

Şəkinin Abbas kəndində şəhid baş çavuş Saleh Məmmədovun xatirəsinə bulaq kompleksinin açılışı olub. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, icra hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər. Çıxış edənlər Saleh Məmmədovla bağlı xatirələrini bölüşüblər. Onun qısa, lakin şərəfli ömür yolundan bəhs edilib. Bildirilib ki, Vətən müharibəsində düşünmədən canından keçən şəhidimiz əsl qəhrəmanlıq dastanı yazıb. O, döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Mərasimdə məktəblilər vətənpərvər ruhda şeirlər söyləyiblər. Daha sonra bulağın açılışı olub. Açılış mərasiminə qatılanlar bulağın önünə gül dəstələri düzüblər.