Qəbələdə yanğına helikopterlər cəlb olundu...

26 2021 18:46

Bu gün səhər saatlarından Qəbələ rayonunun Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, nazirliyin Mülki Müdafiə Qoşunlarının 34 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub.