Avtomobil piyadanı vurdu...

26 2021 18:32

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza günorta saatlarında Şəkinin Salman Mümtaz küçəsində qeydə alınıb. Balakən sakini İmran Qayqiyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus yolu keçən Şəki sakini 54 yaşlı Sahib Maqsudovu vurub. Piyada zərbənin təsirindən yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.