Şəkidə cibgirlik edən keçmiş məhkum saxlanılıb...

26 2021 16:17

Şəki Şəhər-Rayon Polis Şöbəsinə ahıl kişinin köynəyinin cibindən 800 manat dəyərində qızıl əşyaların və 35 manat pulun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirliklə məşğul olan şəxsin əvvəllər məhkum olunmuş Mingəçevir şəhər sakini Elşən Ağayev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı Elşən Ağayevin oğurladığı qızılları satdığı və özünün əyləncəsinə xərclədiyi məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.