"Patı" alqı-satqısı ilə məşğul olan şəxslər saxlanıldı...

24 2021 16:39

 Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Qədirov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdə metamfetamin – “patı” aşkarlanıb. Nicat Qədirovun ətrafında davam etdirilən tədbirlərlə onun həmin psixotrop maddəni Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkum olunmuş Nəriman Qurbanəliyevdən 50 manata aldığı müəyyən edilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Nəriman Qurbanəliyev də şübhəli şəxs qismində saxlanılıb. Onun Qaxbaş kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman oradan kağız və sellofan bükümlərdə narkotik vasitə olan heroin, elektron tərəzilər, eləcə də metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.